İtaliyalı aktrisa Ornella Mutinin baqajı Sankt-Peterburqa gedərkən yolda itib.
Xeber-ps.com bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Çamadanda aktrisanın qarderobundan bahalı və yaddaqalan əşyalar - "Giorgio Armani"dən paltarlar (dizaynerin özündən hədiyyələr), "Valentino" çantası, həmçinin "Chanel" şərfi var idi.
Əşyaların harada itdiyi hələlik dəqiq məlum deyil - Mutinin Romadan transfer uçduğu İstanbul hava limanında, yoxsa son təyinat Sankt-Peterburqun Pulkovo hava limanında.
Qeyd olunur ki, Muti avqustun 31-də rəssam Nikas Safronovun Petropavlovsk qalasında keçiriləcək sərgisini ziyarət edəcək.