Parlament seçkisində qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlandı

"İndiyə qədər 46 ölkə və 29 qurumdan 267 beynəlxalq müşahidəçi qeydə alınıb".

Xeber-ps.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında deyib.

Seçki ilə əlaqədar 46 807 yerli müşahidəçi qeydiyyatdan keçib. Bu müşahidəçilərdən 5 715 nəfəri MSK-da, 41 092 nəfəri isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

Məhərrəm Əliyev

0.083130121231079