Bakıda 16 yaşlı məktəbli qızın sevgilisinə qoşulub qaçması ilə bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması məsələsi ilə bağlı açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xeber-ps.com-a bildirilib ki, məsələ polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:

"Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan qohumunun evinə getdiyini bildirib.

Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək".

Bakıda məktəbli qız qaçırılıb.

Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində danışılıb.

Qaçırılan 16 yaşlı yeniyetmə Cəlilabada gətirilib.

Qızın sözlərinə görə, qaçması üçün valideynlərinin razılığı olub:

"Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar",- deyə o bildirib.

Ətraflı süjetdə:

Bakıda 16 yaşlı məktəbli qızın sevgilisinə qoşulub qaçması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda 16 yaşlı məktəbli qızın sevgilisinə qoşulub qaçması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda 16 yaşlı məktəbli qızın sevgilisinə qoşulub qaçması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda 16 yaşlı məktəbli qızın sevgilisinə qoşulub qaçması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda 16 yaşlı məktəbli qızın sevgilisinə qoşulub qaçması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda 16 yaşlı məktəbli qızın sevgilisinə qoşulub qaçması ilə bağlı RƏSMİ AÇIQLAMA

2.8521311283112