Bakıda gənc oğlanın meyiti kirayə yaşadığı evdə tapıldı

Bakıda evdən meyit tapılıb.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Daş karxanası küçəsindəki evlərin birində baş verib.

Burada kirayə yaşayan Biləsuvar rayon sakini 27 yaşlı Səməd Şakir oğlu Vəkillinin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.

Araşdırmalar Nərimanov Rayon Prokurorluğu tərəfindən aparılır.

0.071429014205933