Türkiyədə tarixi binada güclü yanğın baş verib

Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunda yerləşən Sağlamlıq Elmləri Universitetində güclü yanğın baş verib.

"Haber Global"ın məlumatına görə, yanğın universitetin təmiri zamanı baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər.

İnsidentin digər təfərrüatı barədə məlumat verilməyib.

0.35648608207703