İstanbulda səfərdə olan Əhmədinejada Pezeşkianla bağlı sualı verdilər

İranın sabiq dövlət başçısı Mahmud Əhmədinejad Türkiyənin İstanbul şəhərinə səfəri zamanı "Qapalı Çarşı" bazarına baş çəkib.

"Azad İran" "Telegram" kanalı məlumat verir ki, səfəri zamanı mağaza sahibi olan Türkiyə vətəndaşı ingilis dilində Mahmud Əhmədinejaddan İranın yeni prezidenti Məsud Pezeşkian haqqında nə düşündüyünü soruşub.

M.Əhmədinejad isə cavabında deyib:

"Mən onun üçün dua edirəm".

0.33162498474121