PA rəsmisi: "Seçici siyahılarında ölən şəxslərin adının olmaması üçün diqqətli olmaq lazımdır"

"Seçici siyahılarının dürüstləşdirilməsi vacib məsələdir. Seçki gününə qədər aidiyyəti strukturlar, icra hakimiyyətləri bu işi yekunlaşdırmalıdırlar".

Xeber-ps.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.

O bildirib ki, 2022-2024-cü illərdə ölkə ərazisində 2,5 milyon ev təsərrüfatına baxış keçirilib:

"Əldə edilən uçot məlumatları incələnib. Ölkə üzrə 125 seçki dairəsi üzrə səsvermə hüququ olanların sayı 1 milyon 153 mindən çox artıb. Azərbaycanda 6 milyon 354 min nəfərdən çox şəxsin səsvermə hüququ var.

Seçici siyahılarında sayın artması bir sıra daxili və xarici miqrasiya ilə şərtlənib. Seçici siyahılarında dünyasını dəyişən şəxslərin adının olmaması üçün bu işdə ciddi və diqqətli olmaq lazımdır. Bu istiqamətdə də aidiyyəti qurumlara zəruri tapşırıqlar verilib".

Könül Cəfərli

0.31717705726624