Azərbaycanda FETÖ ilə bağlı tutulanlardan birinə hökm oxundu

Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilən Gümrah Əbdürəhmanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Vüsal Qurbanov belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib. Hökmə əsasən, G.Əbdürəhmanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror ittiham nitqində müttəhimin 7 il həbsini tələb etmişdi.

Qeyd edək ki, rəsmi məlumata görə, G.Əbdürəhmanov FETÖ ilə bağlı yaradılmış təşkilatın maliyyə işlərinə cavabdeh olub. Ona və eyni iş üzrə həbs edilənlərə qarşı Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167.1-ci (dinə etiqada məcbur etmə) maddələri ilə ittiham irəli sürülüb.

0.098580121994019