Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.