Kevin Speysi qalmaqallardan sonra ilk kino mükafatını aldı

Amerikalı aktyor Kevin Speysi rejissor Cin Foulinin aşağıbüdcəli "Kontrol" trillerindəki roluna görə mükafat alıb.

Məlumata görə, filmi qalmaqaldan və cinsi zorakılıq ittihamlarından sonra Kevin Speysinin iştirakı ilə çəkilən ilk filmlərdən biri olub. Düzdür, aktyor ekranda görünmür, onun yalnız səsi kadr arxasından eşidilir. Buna baxmayaraq, Speysi Folkeston Müstəqil Film Mükafatlarının "Ən yaxşı aktyor" nominasiyasında qalib olub.

Bundan əlavə, "Ən yaxşı triller" nominasiyası üzrə mükafatı da məhz "Kontrol" qazanıb. Mükafatların təqdimatı iyulun 20-də ABŞ-nin Kent ştatının Folkeston şəhərində keçiriləcək. Aktyorun özünün mükafatlandırma mərasimində olub-olmayacağı hələlik məlum deyil.

Xatırladaq ki, Kevin Speysinin karyerası 2017-ci ildə aktyor Entoni Rappın onu cinsi təcavüzdə ittiham etməsindən sonra demək olar ki, çöküb. Məşhur tez bir zamanda bir sıra film və televiziya layihələrindən uzaqlaşdırılıb. Əvəzində o, çoxsaylı məhkəmə iclaslarında iştirak edib. Əvvəlcə aktyor üzr istəsə də, məhkəmədə günahını inkar edib.

2022-ci ilin oktyabrında Nyu-York məhkəməsi Speysini cinsi zorakılığa görə təqsirli bilməyib. Növbəti məhkəmə 2023-cü ilin iyulunda Londonda baş tutdu. Bu müddət ərzində müttəhimin dostları, tanışları və həmkarları, o cümlədən müğənni Elton Con və rejissor Devid Furnişin ifadələri dinlənilib.

Daha sonra Speysi beş nəfərə qarşı doqquz cinsi təcavüz ittihamı üzrə bəraət alıb.

2024-cü ilin may ayında Şeron Stoun və Liam Nison da daxil olmaqla bir sıra Hollivud ulduzları aktyoru kino sənayesinə qayıtmağa çağırıblar.

Mənbə: Variety

0.29812097549438