Ac qalmaq xərçəngin inkişafını ləngidə bilər?

ABŞ-nin Memorial Sloan Kettering Xərçəng Mərkəzində (MSK) aparılan araşdırma nəticəsində ac qalmağın təbii killer-hüceyrələrin (NK) xərçənglə mübarizə qabiliyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyini müəyyən edilib.

Tədqiqat göstərir ki, periodik olaraq ac qalmaq NK hüceyrələrini sərt şiş mühitində daha effektiv şəkildə yaşamaq və xərçənglə mübarizə aparmaq üçün yenidən proqramlaşdırır.

"Immunity" jurnalında dərc edilən araşdırma, aclığın NK hüceyrələrinin şişlərdə sağ qalmaları və funksionallığını qorumaları üçün kritik əhəmiyyətə malik olan lipidləri alternativ enerji mənbəyi kimi istifadə edərək adaptasiyasına səbəb olduğu vurğulanıb.

Tədqiqatçılar ac qalmağın NK hüceyrələrinin sümük iliyinə və dalağa köçməsinə səbəb olduğunu və burada onların xərçəng əleyhinə xüsusiyyətlərini artırmaq üçün daha da proqramlaşdırıldığını müşahidə ediblər. Bu kəşf immunoterapiyanın effektivliyini potensial olaraq artıra bilər.

Nəticələr ümidverici olsa da, aclığın xərçəng xəstələrinə təsirini müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Mənbə: ferra.ru

0.34676909446716