Dağıstanda sinaqoqa və kilsəyə hücumda ölənlərin sayı artdı: Terrorçular məhv edildilər

Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində ölənlərin sayı 6-ya, xəsarət alanların sayı isə 23 nəfərə çatıb. Ölənlərin polis əməkdaşları olduqları bildirilir.

Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Bundan başqa Dağıstanın Dərbənd şəhərində bütün kütləvi tədbirlər ləğv edilib.

Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb ki, atəş açan iki silahlı məhv edilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Mənbə: "112" "Telegram" kanalı

20:24

Dağıstanın (Rusiya Federasiyası) Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, üç polis əməkdaşı həlak olub, altı nəfər isə yaralanıb.

Bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00 - red.) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutublar. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumatlar dəqiqləşdirilir", - məlumatda vurğulanıb.

Sinaqoqda yanğın baş verib. Yanğının söndürülməsi üçün işlər görülür.

Mahaçqala və Dərbənddə giriş-çıxış məntəqələri mühasirəyə alınıb.

Mənbə: "Mash" "Telegram" kanalı

1.61612200737