Fuad Əliyev: Keçiriləcək COP29 bunun göstəricisidir

“Baydenin təbrik məktublarını çox şişirtməsinlər. Bu adi protokol qaydalarıdır. Əgər xoş niyyətlə o fikirləri səsləndirirsə, onda niyə 907 maddəni ləğv etmir?”

Bunu Azreform.info-ya siyasi şərhçi Fuad Əliyev açıqlamasında bildirib.

“ABŞ prezidenti 28 may Respublika günü və 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərin rəsmi açılş mərasiminə, keçiriləcək COP29 tədbirlə bağlı göndərdiyi təbrik məktublarında Azərbaycanı Cənubi Qafqaz regionda mühüm və əsas lider ölkə olduğunu qeyd edir. Buna baxmayaraq, ABŞ Konqresinin 26 nümayəndəsi Azərbaycanın COP29-a sədrliyinə ittihamlarla dolu bir bəyanata imza atırlar. Azərbaycan ABŞ-nın bu ikilistandart siyasətini 30 il müşahidə edir. 30 il ərzində erməni işğalına göz yuman, erməni separatizminə hər tərəfli dəstək verən, Azərbaycana qarşı 907-ci maddəni qəbul edən ABŞ olub. Ona görə də, Baydenin təbrik məktublarını çox şişirtməsinlər. Bu adi protokol qaydalarıdır. Əgər xoş niyyətlə o fikirləri səsləndirirsə, onda niyə 907 maddəni ləğv etmir?”- Fuad Əliyev bildirdi.

Onun sözlərinə görə, əsas fikir vermək lazımdır Prezident İlham Əliyevin cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışına və qeyd olunan məsələlərə:

“Prezident İlham Əliyev qeyd etdiyi kimi, “Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı”. Dövlətin bağladığı müqavilələrin arxasında durmaq lazımdır. Bunun üçün da sabitliyi qorumaq və saxlamağa bacarmaq lazımdır. Dövlətimiz bunu etdi və bu etibarı qazanmağa bacardıq. Bu gün Azərbaycan təkçə regionda yox, dünyada söz sahibi ölkələrin sıralarındadır. Keçirilmiş nüfuzlu beynəlxalq tədbirlər və  keçiriləcək COP29 bunun göstəricisidir”.

0.37616991996765