Fuad Əliyev AZAL-a müraciət etdi

“AZAL bu yay vətəndaşlar üçün qiyməti əlçatan uçuşlar təşkil etməlidir. Ən azı Gürcüstan və Türkiyə kimi qonşu ölkələrə gediş-gəliş çox ucuz olmalıdır. Avropanın bir ölkəsindən digər ölkəsinə həddən ucuz qiymətə uçuşlar var və adiləşmiş haldır. Bizdə niyə Türkiyə və Gürcüstana uçuş baha olmalıdır? Tiflisə bir saatlıq uçuşdur, eynilə Naxçıvanla məsafə kimi, deməli, biletin qiymətini 50-60 manatdan müəyyən etmək, reyslərin də sayını artırmaq olar. Eyni zamanda, Türkiyəyə də 80-100 manat olması mümkündür, sadəcə, AZAL daha çox qazanmaq istəyir. Necə olur ki, Romadan Amsterdama ucuz uçmaq olur, Bakıdan Tiflisə yox?!”

Bu fikirləri Tribunainfo.az-a  Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev deyib. Onun sözlərinə görə, quru yollar 4 ildir ki, bağlıdır və yaxın zamanda açılması gözlənilmir, ona görə AZAL yay mövsümündə vətəndaşlar üçün ucuz reyslər təşkil edə bilər: “Ümumiyyətlə, Gürcüstan və Türkiyəyə uçuşların baha olması anlaşılmazdır. Bunun heç bir izahı yoxdur. Biz qardaş ölkəyiksə, niyə ora bir adamın gediş-dönüşü 700-800 manat etməlidir? Başqa ölkələr öz qonşularına səfərləri çox ucuz ediblər. Məncə, burada AZAL ciddi addımlar ata bilər. Çünki əhali yayda Türkiyə və Gürcüstana getmək istəyir, amma qiymətlər heç də hamı üçün əlçatan deyil”.

0.33909702301025