Anar Əsədullayev Gürcüstanda qələbə qazanıb

Mayın 25-də Gürcüstanda keçirilən MMA döyüş növü üzrə Dünya Qafqaz Döyüş Çempionatında Azərbaycanı təmsil edən Şabran rayon idmançısı Anar Əsədullayevin gürcü rəqibi Çhavadze ilə mübarizəsi birincinin qələbəsi ilə yekunlaşıb. A.Əsədullayev kubok və medalla təltif olunub.

Onu da qeyd edək ki, aldığımız məlumata görə, yarışda hakimlər (hakimlərin ikisi gürcü olub) azərbaycanlı idmançıya qarşı haqsızlıqlar edərək yerli idmançının tərəfini saxlayıblar və qələbəni əvvəlcə ona veriblər. Lakin Azərbaycan nümayəndə heyətinin hakimlərin yekun qərarına haqlı etirazı və müdaxiləsi nəticəsində hakimlər qərarlarını dəyişmək və A.Əsədullayevin qələbəsini təsdiqləmək məcburiyyətində qalıblar.

0.33963680267334