Azərbaycanlı məşhur cütlük ayrıldı

Aktyor Murad İsmayıl və aktrisa Ülviyyə Xalinbəyova ayrılıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə aktrisa paylaşım edib:

"Mən və həyat yoldaşım heç bir zaman ailəmizlə gündəmdə qalmaq istəməmişik. Müəyyən səbəblər üzündən istəməsək də, belə alındı. Altı il ərzində ailəmizi qorumaq üçün çox çabaladıq. Amma bəzən olmur. Hər iki tərəfin razılığı və qərarı ilə övladlarımızın sağlam psixologiyası üçün münasibətimizi sonlandırdıq. Qərarımıza hörmətlə yanaşan hər kəsə təşəkkürlər!".

Qeyd edək ki, cütlüyün iki oğlu var.

0.29350805282593