Çexiyada motosiklet yarışında faciə yaşanıb

Çexiyada motosiklet yarışında iştirak edən şəxsin idarə etdiyi nəqliyyat vasitəsi izləyicilərin olduğu yerə çırpılıb.

Hadisə Çexiyanın şərqində yerləşən Yiçin şəhərində baş verib.

Qeyd olunub ki, motosikletin törətdiyi qəza nəticəsində beş nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: RİA Novosti "Telegram" kanalı

0.3644118309021