Amerika Kuboku: B qrupunda Ekvador məğlub oldu, Meksika etimadı doğrultdu

Amerika Kubokunun B qrupunda Ekvador Venesuela ilə, Meksika isə Yamayka ilə qarşılaşıb.

Xeber-ps.com xəbər verir ki, qrupun ilk matçında Ekvador millisi ilə Venesuela üz-üzə gəliblər.

Görüşün favoriti Ekvador millisi sayılsa da, oyun Venesuelanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meksika Yamayka matçı isə meksikalıların minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, Amerika Kubokunun final görüşü iyul ayının 15-də keçiriləcək.

0.33492922782898