ABŞ Somalidə İŞİD liderini məhv edib

ABŞ hərbçiləri İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının ali lideri Əbdülkadir Mumini məhv etmək üçün Somaliyə zərbələr endiriblər.

Bildirilib ki, hadisə mayın 31-də baş verib, lakin zərbənin hədəfi yalnız indi məlum olub.

Qeyd olunub ki, İŞİD yaraqlılarına qarşı hava hücumu Bosaso şəhərinin 81 kilometrliyində həyata keçirilib. Hücum nəticəsində üç terrorçunun öldürüldüyü məlum olub. Bununla belə, ABŞ hərbçiləri Muminin ölümünü təsdiqləməyiblər.

Mənbə: NBC

0.41335391998291