Omanın Sultanı Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın məlumatına görə, məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Sizin yeni prezidentlik dövrünüzdə xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərimizi daha da gücləndirmək niyyətimizi bir daha bildirirəm.
Dost Azərbaycanın və onun xalqının daha çox tərəqqi və firavanlığı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm”.
17:44
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın xəbərinə görə, məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizə uğurlar, qardaş xalqınıza isə daha artıq inkişaf və çiçəklənmə arzulayıram.
Zati-alinizə xoş arzu və ehtiramımızı bildiririk”.
Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti seçkisində qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə daha çox tərəqqi və inkişaf diləyirəm”.
13:27
UEFA-nın prezidenti Aleksander Çeferin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Avropa futbol ictimaiyyəti adından ürəkdən təbrik edirəm.
Seçkidə yenidən qazandığınız inamlı qələbə Azərbaycan xalqının Sizə göstərdiyi etimad və inamın bariz sübutudur. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı müxtəlif sahələrdə, o cümlədən idman və futbolda böyük nailiyyətlər əldə edib. Futbola göstərdiyiniz yüksək qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Bundan əlavə, Bakı UEFA-nın “Avro-2020”nin həlledici oyunlarına ev sahibliyi edərkən hər kəsin əsl həyəcan hissləri keçirdiyini xatırlatmaq istəyirəm.
Bildiyiniz kimi, 30 il əvvəl - 1994-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-nın üzvü seçilib. Hökumətin dəstəyi və milli assosiasiyanın fəaliyyəti sayəsində Azərbaycanda futbol bütün səviyyələrdə davamlı olaraq inkişaf edir. Futbol infrastrukturu inkişaf edir və bu, oyunlara yeni yanaşmaları təmin edir. Klubların mütəmadi olaraq Avropa səviyyəsində çıxışları fəxr etməyə və gələcəyə böyük ümidlə baxmağa imkan yaradır.
Cənab Prezident, bu çox gözəl ölkəyə və xalqa liderliyinizi davam etdirməyiniz münasibətilə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.