Paşinyan: “Ermənistan MN Azərbaycanla sərhəddə təxribat yaratmamaq barədə əmr verib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Müdafiə Nazirliyinin (MN) yeni əmrinə əsasən, bu ölkənin hərbi qulluqçuları Azərbaycanla sərhəddə eskalasiyaya səbəb olmamalı, təxribatlar yaratmamalıdırlar.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya parlamentinin İcmalar Palatasının üzvü Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyətinin nümayəndələri ilə görüşündə deyib.

“Sizin səfəriniz Azərbaycanla sərhəddə yeni eskalasiya ilə üst-üstə düşdü. Hökumətimiz sülh prosesini davam etdirəcək, çünki əminik ki, bunun alternativi yoxdur. Ermənistan Müdafiə Nazirliyindən heç bir eskalasiyaya yol verməmək, təxribatlar yaratmamaq barədə çox sərt göstəriş var”, - Paşinyan bildirib.

Mənbə: TASS

0.34532189369202