Rəsmi Bakı Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi son hərbi təxribatlarla bağlı Ermənistan tərəfinin bəyanatına cavab olaraq bildirib.

Bildirilib ki, Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb:

“Bu, sırf cavab tədbiri idi. Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”.

0.1417601108551