Elman Quliyev: “Pensiyaçıyam, amma Füzulidə oğlumla işimizi qurmağa çalışacağıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Doğma yurdumuza, xatirələrimizə qovuşmağa gedirik”.

Bunu Xeber-ps.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün  Elman Süleyman oğlu Quliyev deyib.

O bildirib ki, Füzuli ilə bağlı hər şeyi xatırlayır:

“Mən Füzuli rayonu, Xanlar küçəsi, 82 ünvanındakı evdə dünyaya gəlmişəm. Köçkünlük həyatımızı isə Bakıda, Xətai rayonunda yaşadıq. Füzuli ilə bağlı bütün xatirələrim anbaan yadımdadır, heç vaxt da yadımdan çıxmaz. Bu gün xatirələrimizə, uşaqlığımıza qovuşmağa gedirik. Pensiyaçıyam, amma oğlumla iş adamı kimi fəaliyyət göstərirəm. İnşallah, Füzulidə də işimizi qurmağa çalışacağıq. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha 27 ailə, 115 nəfər öz doğma yurduna köçürülür. Bununla da ümumilikdə 527 ailənin (1 969 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

0.23895215988159