Partlayışda uşağın ölümünə görə həbs edilən “Azəriqaz”ın vəzifəli şəxsi yenidən hakim qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Camal Hacızadənin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Masallı Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd edilib ki, Camal Hacızadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, 08 dekabr 2018-ci il tarixdə, saat 20 radələrində Masallı rayonunun Sığıncaq kənd sakini Günel Şakir qızı Kərimovanın evində qaz sızmasından partlayış baş verib. Nəticədə evin birinci mərtəbəsində olan 2005-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Müseyibov, 2006-cı il təvəllüdlü Sənan Rauf oğlu Kərimov və 2010-cu il təvəllüdlü Məhəmməd Əbülfəz oğlu Müseyibov ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Sonra Ə.Müseyibov xəstəxanada dünyasını dəyişib. Əməliyyat-istintaq qrupunun üzvləri hadisə yerinə baxış keçirərkən həmin evin həyət qapısından keçən qaz borusundan qaz sızması müşahidə edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Daha sonra “Azəriqaz”ın ərazi üzrə Təmir-tikinti şöbəsinin mühəndisi, eyni zamanda Masallı Rayon Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini faktiki olaraq icra etmiş Camal Hacızadə cinayət məsuliyyətinə cəlb olunub.

8.476802110672