“Si vis pacem, para bellum”(lat.)- Sülh istəyirsənsə, müharibəyə hazırlaş!
Azərbaycan xalqı sülhsevər, qonaqpərvər xalqdır. Çünki bu Azərbaycan xalqına məxsus xüsusiyyətlərdən gəlir. Uşaqlıqdan biz görmüşük ki, böyüyə, ağsaqqala hörmət, imkansıza əl tutmaq, ən yaxşı neməti qonaq üçün saxlamaq, əlilə və xəstəyə yardım etmək, aman istəyəni bağışlamaq və s. kimi insanlıq xüsüsiyyətlərə malikik.
Bu xüsusiyyətlər insanların davranışında, məişətində, qarşılıqlı münasibətlərində illərlə tətbiq olunaraq bu günümüzə gəlib çatmışdır. İnsana humanist münasibəti bir çox sahədə xalqın davranışında, əməlində, adət-ənənələrində özünü göstərir. Çox vaxt kənardan gələnlər bunu daha yaxşı görürlər. Azərbaycana gələn qonaq xalqımızın insanpərvərliyini, humanistliyini, böyük hisslərə sahibliyini daha tez hiss edir. Xeyirxahlıq, hamıya yaxşılıq hissi xalqımızın xüsusiyyətidir.
Peyğəmbərlərimiz də xeyirxahlığı, yaxşılığı, insana məhəbbəti təbliğ edirlər: "Allah o insanları sevir ki, onlar başqasına, xalqa, cəmiyyətə fayda verməkdən çəkinmir, təmənnasız yaxşılıq edir, günahsız adamları incitmir, onlara əzab-əziyyət vermir, daim yaxşılıq etməyə, xidmət və qulluq göstərməyə, əl tutmağa çalışır. Məhz bu kimi cəhətlər xeyir sayılır və islam dinində təbliğ olunur.”
Amma əsirlər boyu digər xalqlar bizim bu insanlıq xüsusiyyətlərdən öz maraqlarına uyğun istifadə ediblər. Xüsusilə də bu mənfur ermənilər. Azərbaycanın tarixi torpaqlarına gəlmə xalq bizi torpaqlarımızdan didərgin ediblər. Bizim torpaqlarımızın hesabına özlərinə Ermənistan adlı bir respublika yaradıblar. Bu yaxşılığı bilməyən, qudurmuş ermənilər Azərbaycanın digər ərazilərinə göz tikmişdilər. 30 ilə yaxın idi ki, erməni-faşıstləri torpaqlarımızı işğal etmişdilər. Bizim qədimi torpaqlarımıza qonaq kimi gələrək bizi “qonaq” adlandırdılar. Bizim adət-ənənələrimizi, mədəniyyətimizi və sözlərimizi özünkiləşdirdilər.
30 ilə yaxındır ki, biz erməniləri sülhə dəvət edirdik. Biz sülhsevər xalq kimi Şəhidlərimizin sayını çoxaltmaq istəmirdik, həmçinin ermənilərin də ölməsini. Bunu başa düşmədilər. Biz 30 ilə yaxın sülh istəyərək, ordumuzu gücləndirirdik. Çünki biz işğalka barışmamışdıq. Biz sülh istiyərək müharibəyə hazırlaşırdıq. İndi isə ordumuz “Sülhə məcbur” əməliyyatları keçirərək, işağlda olan torpaqlarımızı azad edir. Mənfur ermənilər nə istəyirdilər, onu da aldılar. Sülh və müharibə seçimində, müharibəni seçdilər.
Bu 30 il ərzində bizi “sındırmaq” istədilər, işalnan barışacağımızı, gücsüzliyimizi xalqın beyninə yeridirdilər.
Amma bu alınmadı. Çünki Azərbaycan xalqında xeyirxahlıq, nəcibliklə yanaşı mərdlik də var!
Qarabağ Azərbaycandır!
Dinarə Məmmədova
ALDP sədrin müşaviri