Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev qardaş Türkiyənin Cümhuriyyət bayramı münasibətilə Türkiyə Liberal Demokrat Partiyasının (TLDP) Başkanı Gültekin Tırpancını təbrik edib.
Təbrik məktubda deyilir:
Türkiyə Liberal Demokrat Partiyasının
Sayın Başkan Gültekin Tırpancı
Hörmətli Sayın Başkan!
Sizi və Sizin simanızda TLDP üzvlərini ALDP üzvləri və şəxsən öz adımdan
Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi yetirirəm.
Hörmətli Sayın Başkan!
Vətən-İkinci Qarabağ savaşında qardaş türk xalqın verdiyi qəti dəstəyi bizim üçün çox dəyərlidir.
Hörmətli Sayın Başkan!
Qardaş Türkiyə Cümhuriyyətinə və xalqına firavanlıq və inkişafı naminə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri