Partiya sədri həmvətənləri təbrik etdi

Əziz Həmvətənlərim!

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bu Aktla Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunub.

Mən öz adımdan və liberal-demokrat partiyasının üzvlərin adından Azərbaycan Respublikasının bütün vətəndaşları əlamətdar gün - Dövlət Müstəqilliyinin bərpa olunmasının 30-illiyinin bayram edilməsi münasibətilə ürəkdən təbrik edirəm.

Ölkəmizə rifah, əmin-amanlıq, müvəffəqiyyətlər və dövlətimizin müstəqilliyinin əbədi olmasını arzu edirəm!

Qoy, Tanrı Azərbaycan xalqına firavanlıq, tərəqqi bəxş etsin!

YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI!

0.058184146881104