Qadınların üzləşdiyi problemlər çoxdur: İşsizlik, ailə zorakılığı, boşanma-Müsahibə

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva ALDP Mətbuat Xidmətinə müsahibə verib.

 - ALDP QŞ konfransa hazırlaşır. Hazırlıq işləri necə gedir?

- Hazırlıq işləri normal gedir. Təşkilat komitəsi yaranıb. Konfransda QŞ yeni sədr və onun müavinlər seçiləcək. Demək olar ki gələn həftə bütün işlər yekünlaşacag. Və təxminən sentyabrın əvvəlində konfrans keçiriləcək.

 - Bu gün qadınların hansı problemlərlə üzləşdiyini deyə bilərsiz?

 - Qadınların üzləşdiyi problemlər çoxdur. İşsizlik, ailə zorakılığı, boşanma nəticəsində üşaqları tek böyüdmək kimi problemləri sadalaya bilərəm.

- Problemlərin həllini necə görürsüz?

- Mənim fikrimcə problemlərin həlli qadınların maarifləndirilməsindən keçir. Çalışacağıg ki, əsas işi bu istiqamətdə quraq.

- Konfransdan sonra fəaliyyət istiqamətlərinizdə hansı məsələlərə daha çox üstünlük verəcəksiniz?

- Fəaliyyət istiqamətləri konfransda müəyən edəcəyik. Hər halda bu ilin axırına gədər bir neçə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Digər qadın təşkilatlarla əlaqə qurub problemləri birgə müzkirə edəcəyik.

 - ALDP lideri Fuad Əliyev qadınların cəmiyyətdə üzləşdiyi problemlərin həlli ilə bağlı onun fikirləri bizim üçün maraqlıdır. Problemlərin həllini necə görür?

- ALDP sədri Fuad Əliyev bütün müsahibələrində və tədbirlərində qadınlara dəstək olacağı barədə hər zaman öz müsahibələrində bildirib. Gördüyü işlərdəndə bunu açıq görmək olar. QŞ olaraq ALDP sədrinə öz təşəkürümüzü bildiririk ki, qadınların cəmiyyətdə üzləşdiyi problemlərin həlli ilə bağlı köməklik edir. 

 

0.089627981185913