ABŞ-ın Ayova ştatında saatda 180 kilometr sürətlə döngəyə daxil olan sürücü yoldan çıxıb və yaxınlıqdakı yaşayış evlərinin birinin damına eniş edib.
İnsidentin görüntüsü “KELOLAND News” portalında yayımlanıb.
Sürücünün qəza nəticəsində sağ qaldığı bildirilir.
Xoşbəxtlikdən qəza baş verən zaman zərər görən evdə də heç kim olmayıb.