Yevlaxda kişi qəsdən avtomobillə adam vurub öldürdü

Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürülüb, saxlanılan var.

Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Belə ki, Yevlax şəhər ərazisində rayon sakini, 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü, rayon sakini Zamin Cavadov saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

0.28413009643555