Türkiyədə futbol klubunun prezidenti döyülüb

Türkiyənin 1-ci Liqasında mübarizə aparan "Sakaryaspor" klubunun prezidenti Gökhan İn klubun reklam və sponsorluq işlərini aparan Cengiz Şen tərəfindən döyülüb.

Xeber-ps.com bu barədə haber3.com-a istinadən xəbər verir.

Cengiz Şenin klub prezidentini döydüyü görüntülər üzə çıxıb. Xəsarət və təhdidetmə də daxil olmaqla daha altı cəzası olan klub rəsmisi barədə cinayət işi açılıb.

Gökhan İnə xəsarət yetirən şübhəli hər yerdə axtarılır. Video görüntüləri çəkən şəxsin əlində silahın olduğu bildirilir.

Qeyd edək ki, "Sakaryaspor" bu gün Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" ilə üz-üzə gələcək.

0.30962705612183