Rusiyada binanın damından düşən buz parçası piyadanı ağır yaraldı - VİDEO

Rusiyanın İrkutsk şəhərində binanın damıdan qopan buz parçası yoldan keçən orta yaşlı kişiyə ağır xəsarət yetirib.

“IrkutskMedia” yerli qurumlara istinadən xəbər verib ki, havanın bir neçə gün anomal soyuq keçməsi ilə əlaqədar texnika qarın fəsadlarını aradan qaldıra bilməyib və nəticədə binaların damında yığılıb qalan buz parçaları insanların həyatına təhlükəyə yaradıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb. 

0.30242109298706