Britaniyalı alimlər koronavirusun dörd minə yaxın mutasiyasını müəyyən edib

Britaniyalı alimlər dünyada COVID-19-un dörd minə yaxın mutasiyasının olduğunu hesablayıb.

Bu barədə “Sky News” Böyük Britaniya Səhiyyə nazirinin müavini Nadim Zaxaviyə istinadən məlumat yayıb.

“Bütün peyvənd istehsalçıları - Pfizer/BioNTech, Moderna, Oxford/AstraZeneca və digərləri öz peyvəndlərini yaxşılaşdırmaq istəyir. Hazırda dünyada COVID-19-un dörd minə yaxın variantı var”, - deyə nazir müavini bildirib.

0.34804105758667