Fevralın səkkizindən etibarən Gürcüstanın Tbilisi, Rustavi və Kutaisi şəhərlərində ictimai nəqliyyatın hərəkəti bərpa ediləcək.
“Qruziya-Onlayn” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında çıxış edərkən məlumat verib.
G.Qaxaria həmçinin qeyd edib ki, metro və mikroavtobuslar da vətəndaşlara xidmət göstərəcək.