Ən güvənilən valyuta hansıdır? - VİDEO

İl ərzində Azərbaycanın bank sektorunda əmanətlərin azalması müşahidə olunub.

Belə ki, 2021-ci ilin yanvarın 1-ə olan məlumata görə, ölkədə fiziki şəxslərin banklardakı əmanətləri həcmi ötən il ilə müqayisədə 5.3% azalıb. 

Ekspertlər bu azalmanı müxtəlif səbəblərlə izah edirlər. 

Bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki buna səbəb dünyada cərəyan edən pandemiyadır: “Bu səbəbdən nəinki Azərbaycanda bütün dünyada banklarda hal hazırda belə bir problem yaşanır.

Burada pandemiya ilə bağlı iki əsas səbəb var. Birincisi, insanların gəliri azaldığı üçün onlar banklarda topladığı pulları xərcləməli olurlar. İkinci səbəb isə belə vəziyyətdə insanlar pullarını banklarda yox öz yanlarında saxlamağa üstünlük vermələdir”.

Daha ətraflı Baku TV-nin süjetində: 

0.29676508903503