Goranboy rayonunda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə (RPŞ) Goranboy rayonu Yenikənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal RPŞ-nın əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər.
Araşdırmalar zamanı oradan bir ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, bir ədəd 60 mm-lik minaatan mərmisi, iki ədəd alıştırıcısı üzərində olan, bir ədəd alıştırıcısız “F-1”, bir ədəd “PRO”, bir ədəd “RPN” əl qumbaraları, ümumilikdə 1 632 ədəd müxtəlif kalibrli patron, dörd ədəd müxtəlif silahlara məxsus avtomat darağı və sandıqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.