Müəllimlərin dərs yükü necə bölünəcək? - AÇIQLAMA

“Fevralın 1-dən ənənəvi tədrisin bərpası zamanı siniflərin yarımqruplara bölünməsi müəllimlərin dərs yükünü artırmayacaq”.

Xeber-ps.com-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. 

Onun sözlərinə görə, müəllimin dərs yükü iki yarım qrup arasında bölünəcək:

“Qalan dərs saatları teledərslərlə kompensasiya ediləcək. “Dərs vaxtı” proqramının cədvəlinin hazırkı vəziyyətdəki kimi qalması tövsiyə olunur”.

İlhamə Əbülfət

0.34601998329163