İtkin düşən hərbçimizin nəşi tapıldı - VİDEO

Azərbaycan ordusunun itkin hesab edilən hərbi qulluqçusunun nəşi tapılıb.

Şəhid hərbi qulluqçumuz 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğludur. Hərbi qulluqçunun nəşi doğulduğu Cəlilabad rayonun Qarğılı kəndinə aparılır.

Şəhidlə əvvəlcə yaşadığı Cəlilabad rayonunun Qarğılı kəndində vida mərasimi keçiriləcək. Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Fərid Teymurov 1999-cu il noyabr ayının ikisi Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub. Ötən ilin oktyabr ayının əvvəllərində Füzuli istiqamətində itkin düşüb. Üç aya yaxındır ki, ailəsinin onunla əlaqəsi tamamilə kəsilmişdi. Şəhidimiz subay olub.

0.31993412971497