Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər.
Xeber-ps.com-ın məlumatına görə, kişilərdən ibarət kollektiv IX turda Yunanıstanla üz-üzə gəlib.
Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya ilə (2:2) isə heç-heçəyə razılaşıb.
Ümumdünya Şahmat Olimpiadası
IX tur
Kişilər
Yunanıstan - Azərbaycan 2:2
Nikolas Teodoro - Aydın Süleymanlı 1:0
Stamatis Kourkoulos - Rauf Məmmədov - 0:1
İonnis Papaioanou - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Andreas Kelires - Məhəmməd Muradlı 0,5:0,5
Qadınlar isə İsveçrəni məğlub edib.
Qadınlar
İsveçrə - Azərbaycan 0:4
Aleksandra Kostenyuk - Günay Məmmədzadə 0:1
Lena Georgesku - Ülviyyə Fətəliyeva 0:1
Sofiya Xrızlova - Gövhər Beydullayeva 0:1
Mariya Manko - Xanım Balacayeva 0:1
Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3