Texasda epik döyüş: Robot polis ona atəş açan təhlükəli cinayətkarı həbs etdi

ABŞ-də Hollivud blokbasterinin süjetinə layiq inanılmaz hadisə baş verib. Belə ki, yerli polis departamentinin ən son əldə etdiyi robot-polis təhlükəli silahlı cinayətkarla mübarizəyə girişib və qələbə qazanıb.

Xeber-ps.com-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, hadisə Texas ştatında qeydə alınıb.

Bildirilir ki, adı hələ açıqlanmayan cinayətkar elektron bilərziyini kəsdikdən sonra axtarışda olub.

Məlumata görə, cinayətkar robota tapança ilə atəş açıb, lakin güllələr mexaniki qanun keşikçisinə heç bir zərər vurmayıb. Bundan sonra cinayətkar robotu zərərsizləşdirmək üçün onun üstünə mələfə atır, lakin bu cəhdin də xeyri olmayıb: robot-polis gözyaşardıcı qaz tətbiq edərək cinayətkarı tez bir zamanda tərksilah edib və yerə sıxaraq təslim olmağa məcbur edib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Texasda epik döyüş: Robot polis ona atəş açan təhlükəli cinayətkarı həbs etdi

Texasda epik döyüş: Robot polis ona atəş açan təhlükəli cinayətkarı həbs etdi

0.28794693946838