Sabunçuda 6 otaqlı evdə yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda mənzildə yanğın olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 102 m² olan birmərtəbəli, 6 otaqlı evin bir otağının yanar konstruksiyaları 12 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

0.32419514656067