Arvadı ilə mübahisə edən kişi onlarla avtomobilə ziyan vurdu - VİDEO

Ukraynanın Kiyev şəhərində sərxoş vəziyyətdə olan kişi arvadı ilə mübahisədən sonra xuliqanlıq edib.

Korrespondent.net xəbər verir ki, o, evinin yanındakı dayanacaqda onlarla avtomobilə zərər vurub.

Nəzarət kameraları vasitəsilə şəxsiyyəti müəyyən edilən kişi saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.33831882476807