"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası yaradılıb

Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında yekun protokol imzalanıb.

"Report" xəbər verir ki, sənədi Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Çin, Qırğızıstan və Avstriyanın dəmiryol administrasiyaları rəhbərləri imzalayıblar.

Toplantıda assosiasiyanın təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

0.06717586517334