Hüseyn və Nuray Pənahovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Xeber-ps.com-a onların anası Nərminə Pənahova məlumat verib.
O bildirib ki, övladlarının ikisi də beta-talassemiya xəstəliyindən əziyyət çəkir:
"Hüseynin beş, Nurayın isə iki yaşı var. Onların ikisi də beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Hüseyn doğulandan doqquz ay sonra, Nurayın isə ana bətnində olarkən bu xəstəlikdən əziyyət çəkdiyini öyrəndik. Uzun axtarışdan sonra uşaqların ikisinə də Türkiyədə donor tapa bilmişik".
Gənc ana övladlarının əməliyyatı üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Uşaqlarının ikisinin əməliyyatı üçün 166 min dollara (282 min manat) ehtiyac var. Bu məbləğin cəmi 50 min manatını toplaya bilsək də, qalan məbləği toplamaq bizim üçün mümkünsüzdür. Yoldaşım fəhlə işləyir, özüm isə evdar qadınam. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladlarıma bu çətin gündə dayaq olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 309-14-96.
Kapital Bank: 5103 0714 9192 0340.