Rusiyanın paytaxtında “Vnukovo” hava limanında “Boeing 747” sərnişin təyyarəsi sərt eniş edib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumata görə, Neryungri - Moskva marşrutu üzrə hərəkət edən təyyarə uçuş-eniş zolağından 30 metr kənara çıxıb.
Təyyarədə 109 sərnişin və yeddi ekipaj üzvü olub. Heç kim xəsarət almayıb.
İlkin məlumata görə, təyyarəyə ziyan dəyməyib.