Braziliya prezidenti və nazirlər qrup şəklində paraşütlə tullanacaq

Braziliya Prezidenti Jair Bolsonaru bir neçə nazirlə birlikdə qrup şəklində paraşütlə tullanmağı planlaşdırır.

Bu barədə “Zvezda” məlumat yayıb.

Ekstremal əyləncə yanvar-fevral aylarında keçirilə bilər. Dövlət başçısı bu yolla özünün ordudakı keçmişini və desant qismində xidmətini yada salmaq niyyətindədir. Braziliya prezidentinə qoşulmağa daha bir neçə yüksəkçinli məmur razılıq verib.

0.3422749042511