Sevgisini qarşılıqsız qoyan qadını güllələdi - VİDEO

Moskvada 30 yaşlı qadına silahlı hücumun görüntüləri yayılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Kadrlarda binanın yaxınlığında dayanmış şəxs görünür. Gənc qızlar onun qarşısından keçir və bu zaman cinayətkar onlara yaxınlaşaraq atəş açır. Hadisə nəticəsində yaralanan qadının kliniki ölüm keçirdiyi qeyd olunur. Qadının rəfiqələri hadisə zamanı xəsarət almayıb.

Cinayətkarın qadını bir aya yaxındır izlədiyi qeyd olunur. Belə ki, o, 30 yaşlı qadına sevgisini etiraf etsə də, ondan “yox” cavabı alıb.

Faktla bağlı araşdırma başladılıb.

 

0.36304998397827