Santa Klaus yüksək gərginlikli elektrik xətlərinə dolaşdı - VİDEO

ABŞ-da Santa Klaus son anda ölümdən xilas edilib.  

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, mühərrikli paraşütlə havaya qalxan Santa Klaus elektrik məftillərinə dolaşıb.

İnsident paraşütün mühərrikində yaranan nasazlıq nəticəsində baş verib.

Hadisə yerinə dəvət olunan xüsusi xilasetmə xidmətinin əməkdaşları Santa Klausu təhlükəsiz şəkildə yerə endiriblər.

0.29783296585083