COVID-19-a görə Tokio Olimpiya Oyunlarına əlavə 900 milyon dollar xərclənəcək

Bir il müddətinə təxirə salınan Tokio-2020 Olimpiya Oyunlarında koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə əlavə olaraq 900 milyon dollar xərclənəcək.

Bu barədə “Haber Global” məlumat yayıb.

Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbərlərindən olan Toşiro Muto COVID-19 tədbirləri çərçivəsində çox sayda tibb işçisinin cəlb olunduğu yeni bir sistem yaratdıqlarını qeyd edib.

Sözügedən sistem üçün də məhz 900 milyon dollar vəsait ayrılıb.

0.34986805915833