Azyaşlı oğlan iki yaşlı bacısını yanğından xilas etdi

 

ABŞ-ın Tennessi ştatında yeddi yaşlı uşaq iki yaşlı bacısını yanan evdən çıxarıb.

WVLT8 telekanalı məlumat verib ki, yanğın gecə saatlarında başlayıb və böyüklər alovun arasından qızın yatdığı otağa keçə bilməyib.

Əvvəl ailə böyük uşağı xilas edib. Sonra küçəyə çıxan ata körpənin olduğu yataq otağının pəncərəsini qırıb və oğlanı evə girib bacısını çıxartması üçün içəri qoyub.

“Qorxdum, amma bacımın ölməsini istəmədim”, - uşaq deyib.

Polis yanğının səbəblərini araşdırır. İlkin varianta görə, hadisəyə səbəb qısaqapanma olub.

Ev tamamilə məhv olsa da, xoşbəxtlikdən ailənin heç bir üzvü xəsarət almayıb.

0.32458686828613